Vinek xan
Vinek xan | |
---|---|
bolq. Винех | |
Birinci Bulqar dövlətinin VI imperatoru | |
756 – 762 | |
Əvvəlki | Kormisoş xan |
Sonrakı | Telets xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | |
Vəfat səbəbi | qəsdən adamöldürmə[d] |
Fəaliyyəti | monarx |
Uşağı | |
Dini | Tenqriçilik |
Vinek xan — (bolq. Винех) - Bulqar xanı. 754-762 [2] yaxud 756-762 illərində hökmdarlıq etmişdir.[3] Uokil sülaləsindən idi. Kormisoş xanın bacısı oğludur.
Hakimiyyətə gəlməsi
[redaktə | vikimətni redaktə et]İmperator V Konstantin Frakiya ətrafını gücləndirməyə, erməniləri və suriyalıları bölgəyə köçürməyə başlamışdı. Buna cavab olaraq Kormisoş xan, illik verilən verginin artırılmasını tələb etmişdi. Cavab almayan xan hücuma keçmiş lakin məğlub olmuşdu.[4] Bu məğlubiyyətin nəticəsi olaraq saray çevrilişi nəticəsində devilmiş, taxta bacısı oğlu Vinek xan gəlmişdi.
Hakimiyyəti
[redaktə | vikimətni redaktə et]Taxta çıxarkən V Konstantinə hücum edən xan Karnobat yaxınlığında məğlub olmuş, sülhə məcbur edilmişdi. 759-cu ildəki ikinci döyüşdə isə qalib gəlmişdi. Lakin qalibiyyətə baxmayaraq sülhə getməsi saray əyanları tərəfindən xoş qarşılanmadı və saray çevrilişi nəticəsində xan daxil bütün ailəsi öldürüldü.
Toponimlər
[redaktə | vikimətni redaktə et]Antarktikada Vinek təpəsi onun şərəfinə adlandırılmışdır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Lundy D. R. Vinekh, King of Bulgaria // The Peerage (ing.).
- ↑ Mosko Moskov, Imennik na bălgarskite hanove (novo tălkuvane), Sofia 1988.
- ↑ Jordan Andreev, Ivan Lazarov, Plamen Pavlov, Koj koj e v srednovekovna Bălgarija, Sofia 1999.
- ↑ Runciman S., A history of the First Bulgarian empire, London, G.Bell & Sons, 1930, pp.37, 289