Məzmuna keç

Andrea Brear

Vikipediya, azad ensiklopediya
Andrea Brear
Doğum tarixi 1966
Doğum yeri
Təhsili
Fəaliyyəti riyaziyyatçı, sinologist[d], tarixçi
Üzvlüyü

Andrea Brear (Andrea Eberhard və Andrea Eberhard-Brear; 1966, Yuxarı Bavariya) — alman riyaziyyat tarixçisi və Çin riyaziyyatı üzrə ixtisaslaşmış sinoloq. O, Aleksandr von Humboldt adına Erlangen-Nürnberq Universitetinin Klassik dünya və Asiya mədəniyyəti kafedrasının çinşünaslıq üzrə professorudur.[2]

Təhsili və fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Brear 1991-ci ildə Münxen Texniki Universitetində riyaziyyat üzrə diplom almışdır. Çində Fudan Universitetində təhsilini davam etdirdikdən sonra 1997-ci ildə Eberhard Knobloxun rəhbərliyi altında Berlin Texniki Universitetində fəlsəfə doktorluğu dərəcəsi almaq üçün Almaniyaya qayıtmışdır. O, 1998-ci ildə Paris Didro Universiteti vasitəsilə Fransada ikinci dəfə doktorluq dərəcəsi qazanmışdır və 2008-ci ildə Berlin Texniki Universitetində habilitasiya ixtisasını bitirib.

1992-ci ildən 2004-cü ilə qədər Münhen Texniki Universitetində tədqiqatçı kimi çalışmışdır. 2005-ci ildən 2017-ci ilə qədər o, Fransanın Lill Universitetində müəllim kimi fəaliyyətini davam etdirib və eyni zamanda Fransa, Almaniya və ABŞ-da müxtəlif illərdə qısamüddətli vəzifələrdə çalışıb. 2017-2021-ci illərdə Paris-Saklay Universitetinin professoru, 2021-ci ildə Erlangen-Nürnberq Universitetində Humboldt professoru kimi fəaliyyət göstərmişdir.[3]

Təltif və mükafatları

[redaktə | vikimətni redaktə et]
  • Brear 1998-ci ildə dissertasiyasına görə Fransız çincə tədqiqatlar assossasiyasının mükafatına layiq görülən iki nəfərdən biridir.
  • O, 1999-cu ildə Beynəlxalq Elmlər Tarixi Akademiyasının gənc tarixçilər üçün nəzərdə tutulan mükafatının da laureatı olmuşdur.[4]
  • Brear 2015-ci ildə Beynəlxalq Elmlər Tarixi Akademiyasının müxbir üzvü seçilmişdir.[5]
  • 2021-ci ildə Leopoldina Almaniya Milli Elmlər Akademiyasına üzv seçilmişdir.[6]
  • Re-Kreation eines mathematischen Konzeptes im chinesischen Diskurs: "Reihen" vom 1. bis zum 19. Jahrhundert [Re-creation of a mathematical concept in Chinese discourse: "Series" from the first to the nineteenth century] (dissertation, TU Berlin, 1997; Boethius: Texte und Abhandlungen zur Geschichte der Mathematik und der Naturwissenschaften, vol. 42, Franz Steiner Verlag, 1999)
  • Reform, Bureaucratic Expansion and Production of Numbers: Statistics in Early 20th Century China (Habilitationsschrift, TU Berlin, 2008)
  • Nine Chapters on Mathematical Modernity: Essays on the Global Historical Entanglements of the Science of Numbers in China (Transcultural Research—Heidelberg Studies on Asia and Europe in a Global Context, Springer, 2019)
  • Li Shanlan. Catégories analogues d'accumulations discrètes. [Analogical categories of discrete accumulations] (Bibliothèque chinoise, vol. 40, Les Belles Lettres, 2023)
  1. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  2. Prof. Dr. Dr. Andrea Bréard Arxiv surəti 14 noyabr 2024 tarixindən Wayback Machine saytında, auf sinologie.phil.fau.de, abgerufen am 20. Februar 2022
  3. "Alexander von Humboldt-Professur 2021" (German). Arxiv surəti 14 oktyabr 2024 tarixindən Wayback Machine saytında
  4. "Prix des jeunes historiens de l'Académie internationale d'histoire des sciences" (German). Arxiv surəti 19 yanvar 2025 tarixindən Wayback Machine saytında
  5. "Membres correspondants et membres effectifs de l'Académie Internationale d'Histoire des Sciences" (German). Arxiv surəti 15 yanvar 2025 tarixindən Wayback Machine saytında
  6. Prof. Dr. Dr. Andrea Bréard Arxiv surəti 14 noyabr 2024 tarixindən Wayback Machine saytında, auf sinologie.phil.fau.de, abgerufen am 20. Februar 2022