Cənubi Koreyada hərbi vəziyyət (2024)
Bu məqalə Azərbaycan dilinə uyğun yazılmayıb, və ya düzgün tərcümə edilməyib. |
Cənubi Koreyada hərbi vəziyyət | |
---|---|
![]() | |
Yeri | |
Səbəbi | Yun Sok Yol[2] |
![]() |
2024-cü ilin dekabrın 3-də Cənubi Koreyada hərbi vəziyyət (kor. 2024년 대한민국 비상계엄) prezident Yun Sok Yol tərəfindən gecə vaxtı YTN televiziya kanalında elan edilib. Həmin elanda Yun parlamentdə çoxluğu təşkil edən Demokratik Partiyasına qarşı ittihamlar irəli sürüb. Parlament yekdil şəkildə hərbi vəziyyəti ləğv etməyə səs verib.
Arxa plan
[redaktə | vikimətni redaktə et]
Sağ yönümlü Xalq Gücü Partiyasının üzvü və keçmiş Baş Prokuror Yun Sok Yol 2022-ci ildə keçirilən prezident seçkilərində qalib gəlmişdir. Onun prezidentliyi dövründə parlament Demokratik Partiyasının nəzarəti altında qalıb. 2024-cü ilin aprelində keçirilən parlament seçkilərindən sonra Demokratik Partiya parlamentindəki yer sayını daha da artırmışdır. Nəticədə, Yun öz siyasətini keçirməkdə çətinliklərlə üzləşmiş və reytinqi aşağı səviyyəyə düşmüşdür.[3]
Bundan əvvəl Cənubi Koreyada hərbi vəziyyət son dəfə 1979-cu ilin oktyabr ayında, hərbi diktatura dövründə elan edilmişdi.[4] Bu, 1948-ci ildən bəri Cənubi Koreyada elan edilmiş 17-ci hərbi vəziyyət idi.[5]
Hadisələr
[redaktə | vikimətni redaktə et]2024-cü ilin dekabrın 3-də Koreya vaxtı ilə saat 22:22-də Prezident Yun Sok Yol televiziya çıxışında Koreya Respublikasında hərbi vəziyyət elan etmişdir. O, çıxışında Demokratik Partiyasını, Nazirlər Kabinetinin üzvlərini impiçment etməklə və onun büdcə planlarını qəbul etməməklə "liberal demokratiyanı devirmək" cəhdində ittiham etmişdir.[6]
Parlament tərəfindən hərbi vəziyyətin ləğvi
[redaktə | vikimətni redaktə et]
Hə İştrak etməmiş
Əsas partiyalarının çoxluğu, o cümlədən Prezident Yunun üzvü olduğu Xalq Gücü Partiyası bu qərara qarşı çıxmışdır. XGP-nın başqanı Han Don Hun bəyan etmişdir ki, "Prezidentin hərbi vəziyyəti elan etməsi səhvdir. Biz bunu xalqla birgə dayandıracağıq".[7] XGP üzvü və Seul meri O Se Hun həmçinin Prezidentin bəyanatına qarşı olduğunu ifadə etmişdir.[8]
Parlamentin ətrafında etirazçılar polislə toqquşmuşdur.[9] Parlament Spikeri U Uon Şik deputatları Parlamentə yığışmağa çağırmışdır.[3]
Dekabrın 4-də, təxminən gecə saat 1-də,[10] deputatlarının 300-dən 190-ı parlamentdə toplaşıb, yekdil şəkildə hərbi vəziyyətin ləğvinə səs vermişdir.[11][12][13] Koreya Respublikasının Konstitusiyasının 77-ci maddəsinə görə, Prezident Parlamentin belə qərarına tabe olmalıdır.[14]
Nəticələri
[redaktə | vikimətni redaktə et]Səsvermədən sonra, əsgərlər ərazini tərk etməyə başlayıblar.[15] Spikerin ofisi verdiyi məlumata görə, onlar saat 01:18-də ərazini tam şəkildə tərk etmişdilər.[16][17] Əsgərlərin bəziləri baş əyərək üzr istəyirdilər.[18] Etirazçılar Prezident Yuna impiçment tələb etməyə başlayıblar.[19][20]
Li Ce Myon deyib ki, hərbi vəziyyət Nazirlər Kabinetinin təsdiqi olmadan bəyan olunub.[21] Yunun hərbi vəziyyətnən bağlı əmrlərini yerinə yetirməyə davam edən təhlükəsizlik güvvələrinin nümayəndələrini isə "qanuna zidd olan hərəkət" törətməkdə ittiham etmişdi.[22] Müdafiə Nazirliyi isə bəyan etmişdir ki, hərbi vəziyyət prezidentin ləğv əmri olmadan qüvvədə qalacaq.[23][24]
Prezident Yun hərbi vəziyyətini ləğv edəcəyini bəyan etdiyindən sonra, 38 saat ərzində KİV-lərlə əlaqə saxlamırdı. Bu fasilədən sonra Prezident İdarəçiliyin ilk intervyusunda deyilirdi ki, hərbi vəziyyət "Konstitusiya çərçivəsində həyata keçirilib" və "milli iqtisadiyyata və insanların həyatına zərəri minimuma endirmək üçün fövqəladə tədbirlər saat 22:30-da tətbiq edilib".[25] Bundan az sonra müxalifətdə açıq şəkildə prezidentin impiçmenti haqqında müzakirələr başlanmışdı."[26][27]
Ədliyyə Naziri Pak Sun Cenin hərbi vəziyyətlə bağlı keçirdiyi iclasdan sonra Nazirliyin Baş İnspektoru Ryu Hyuk istefa verib.[28][29] Dekabrın 4-də səhər tezdən Prezidentin onlarla köməkçisi birgə istefa verdi.[30] Həmin gün Ali Məhkəmə,[31] dekabrın 6-da isə Konstitusiya Məhkəməsi elan edib ki, onlar Prezidentin hərəkəti ilə bağlı araşdırma aparırlar.[32]
XGP liderlərinin görüşündə Yunun partiyadan xaric edilməsi müzakirə edilmişdi.[33]
Cənubi Koreyanın bütün əsas qəzetləri və Media İşçilərinin Milli Birliyi yekdil şəkildə Yunu pisləyib, onun həbsini tələb ediblər. Onlar hərbi vəziyyətini qanuna zidd olduğunu bəyan ediblər və onu 1980-ci illərin dövlət çevrilişiləri ilə müqayisə etmişdilər.[34] Əyləncə sənayesinin bir sıra nümayəndələri (yazıçılar, aktyorlar, müğənnilər və s.) həmçinin Yunu pisləmişdilər.[35] Koreya Katolik Yepiskoplarının Konfransı, Koreya Metoist Kilsəsi və Koreya Kilsə İnsan Haqları Mərkəzi də hərbi vəziyyəti pisləyiblər.[36] Uon Buddist ruhanilərinin milli assosiasiyası isə Yunun impiçmentini tələb etmişdir.[37] Koreya Universitetinin 370 professoru və araşdırmaçısı Yunun impiçmentini tələb edən bəyannaməni imzalamışdılar.[38] Seul Milli Universitetinin və Seul Milli Universitet Hospitalının tibb professorları hərbi vəziyyəti pisləyib, onu davam edən həkimlər tətilini durdurmaq cəhdi kimi qiymətləndiriblər və Yunun impiçmentini dəstəkləyiblər.[39]
Dekabrın 4-də altı partiya (Koreya Demokratik Partiyası, Koreyanı Yenidən Qurmaq Partiyası, Yeni İslahat Partiyası, Proqressiv Partiya, Əsas Gəlir Partiyası və Sosial Demokratik Partiya) Yunun impiçmenti üçün vəsatət təqdim ediblər. Səsvermə dekabrın 7-nə təyin edilmişdi.[40] XGP həmin səsverməni boykot etdiyinə görə, parlamentdə kvorum olmayıb və o dəfə impiçmenti keçirtmək alınmamışdı.[41] Dekabrın 14-də ikinci impiçment səsverməsi uğurla başa çatıb. Millət vəkillərinin 300-ün 204-ü impiçmentin lehinə səs verdilər.[42] İmpiçment qərarı Prezident Ofisinə çatan kimi, qüvvəyə minmişdi və prezident səlahiyyətlərini icra edən Han Dok Su olmuşdu.[43]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ https://www.reuters.com/world/asia-pacific/south-korea-president-yoon-declares-martial-law-2024-12-03/.
- ↑ https://www.nytimes.com/2024/12/03/world/asia/president-yoon-speech-martial-law.html?unlocked_article_code=1.ek4.AOhs.xqFOJOG6q1Ad&smid=url-share.
- ↑ 1 2 "South Korean president declares martial law, accusing opposition of anti-state activity". AP News (ingilis). 2024-12-03. 2024-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-03.
- ↑ "South Korean President Yoon declares martial law, accusing opposition of 'anti-state' activities". France 24. 3 December 2024.
- ↑ 박, 소연. "44년 만에 전격 비상계엄 선포...국회의원 과반수 찬성 땐 '해제'". 머니투데이 (koreya). 4 December 2024. İstifadə tarixi: 3 December 2024.
- ↑ Lowe, Yohannes; McEwen, Kirsty. "South Korean military announces suspension of all parliamentary activity, says report – live". the Guardian (ingilis). 2024-12-03. ISSN 0261-3077. İstifadə tarixi: 2024-12-03.
- ↑ Yoon, So-Yeon. "'Martial law is wrong': Han Dong-hoon pledges to stop Yoon Suk Yeol". koreajoongangdaily.joins.com (ingilis). 3 December 2024. 3 December 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2024.
- ↑ Lee, Jung-joo. "Seoul mayor voices opposition against martial law". The Korea Herald. 4 December 2024. 4 December 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 December 2024.
- ↑ Yoon, John. "Police officers are clashing with protesters outside the National Assembly, some of whom appear to be trying to enter the building as officers try to block them, live television footage shows". The New York Times. 3 December 2024. 4 December 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2024.
- ↑ "(4th LD) Yoon declares emergency martial law; parliament votes to lift declaration". Yonhap News Agency (ingilis). İstifadə tarixi: 4 December 2024.
- ↑ 박영회. "[속보] 비상계엄 해제요구안 가결‥재석 190 찬성 190". MBC 뉴스 (koreya). 4 December 2024. İstifadə tarixi: 3 December 2024.
- ↑ Lee, Haye-ah. "National Assembly votes to demand lifting of martial law". Yonhap News Agency. 4 December 2024. İstifadə tarixi: 3 December 2024.
- ↑ "South Korea latest: Martial law declared - as president warns of 'pro-North Korean forces'; police clash with protesters". Sky News (ingilis).
- ↑ "South Korea latest: Soldiers clash with protesters as martial law declared; parliament votes to overturn president's shock order". Sky News (ingilis). 3 December 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2024.
- ↑ Kim, Tong-Hyung. "South Korea lifts president's martial law decree after lawmakers reject military rule". AP News (ingilis). 3 December 2024. İstifadə tarixi: 4 December 2024.
- ↑ Moon Ki-hoon. "Martial law forces withdraw from parliament after nullification vote". The Korea Herald (ingilis). 4 December 2024. İstifadə tarixi: 4 December 2024.
- ↑ "Some 280 martial law troops storm into Nat'l Assembly after martial law declared: official". The Korea Times (ingilis). 4 December 2024. İstifadə tarixi: 4 December 2024.
- ↑ "Did young soldiers' hesitation help National Assembly lift martial law?". The Korea Times. 5 December 2024. İstifadə tarixi: 5 December 2024.
- ↑ Yoon, John. "Fury in South Korea After President Imposes Martial Law". The New York Times. 3 December 2024. İstifadə tarixi: 4 December 2024.
- ↑ Kim, Arin. "[From the Scene] Rush to get to National Assembly in first hours of martial law". The Korea Herald. 4 December 2024. İstifadə tarixi: 4 December 2024.
- ↑ Choi, Jeong-yoon. "Main opposition leader decries martial law declaration as 'illegal', 'unconstitutional'". Yonhap News Agency. 4 December 2024. İstifadə tarixi: 4 December 2024.
- ↑ Choi, Jeong-yoon. "[Breaking] Opposition leader Lee Jae-myung calls martial law declaration 'unconstitutional'". The Korea Herald. 4 December 2024. İstifadə tarixi: 4 December 2024.
- ↑ South Korean defense ministry says martial law will remain in place until president lifts decree. NBC News (ingilis). 3 December 2024. İstifadə tarixi: 3 December 2024.
- ↑ [속보] 국방부 관계자 "대통령 계엄해제 때까지 계엄사 유지" [[Breaking News] Ministry of National Defense Official: "Martial Law to be Maintained Until the President Lifts Martial Law"]. The Korea Economic Daily (koreya). 4 December 2024. İstifadə tarixi: 3 December 2024.
- ↑ Seong Hwa-seon. 국민엔 입 닫은 지 38시간...외신엔 "계엄, 헌법 틀 안에서" 거짓 해명 / JTBC 뉴스룸. JTBC. 5 December 2024. 5 December 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 December 2024.
- ↑ Cho, Chung-un. "South Korean opposition parties hint at immediate impeachment of President Yoon Suk Yeol". The Korea Herald. 4 December 2024.
- ↑ "[ANALYSIS] President's failed attempt at martial law may put his position in peril". The Korea Times. 4 December 2024.
- ↑ 비상계엄 선포에 사직한 류혁 법무부 감찰관 "헌법 파괴 행위". Hankook Ilbo (koreya). 4 December 2024. İstifadə tarixi: 4 December 2024.
- ↑ 황윤기. 비상계엄 선포에 류혁 법무부 감찰관 사직. Yonhap News Agency (koreya). 4 December 2024. İstifadə tarixi: 4 December 2024.
- ↑ Cho, Chung-un. "[Breaking] Yoon's senior aides resign en masse". The Korea Herald. 4 December 2024.
- ↑ Lee, Jung-joo. "Supreme Court to examine legality of martial law declaration". The Korea Herald. 4 December 2024.
- ↑ Yoon, Min-sik. "Constitutional Court moves to review illegality of martial law declaration". The Korea Herald. 6 December 2024.
- ↑ "Yoon's party discussing his expulsion – Korean media". BBC News. 4 December 2024. İstifadə tarixi: 4 December 2024.
- ↑ Moon Ki-hoon. "South Korean journalists condemn Yoon Suk Yeol's martial law". The Korea Herald. 4 December 2024. İstifadə tarixi: 4 December 2024.
- ↑ "Entertainment industry voices anger over Yoon's martial law declaration". The Korea Times. 4 December 2024. İstifadə tarixi: 4 December 2024.
prompting prominent figures to voice sharp criticism amid the unprecedented national turmoil
- ↑ "계엄령으로 민주주의와 헌법적 가치 훼손한 윤석열 대통령 물러나라" ["Step Down, President Yoon Suk-yeol, for Undermining Democracy and Constitutional Values with Martial Law"]. Amen News (koreya). 6 December 2024. İstifadə tarixi: 6 December 2024.
- ↑ Choi, Si-young. "Religious leaders demand Yoon Suk Yeol be held accountable for martial law disarray". The Korea Herald. 4 December 2024.
- ↑ Kim, Hyun-soo. "University students, professors denounce Yoon over martial law declaration". Yonhap News Agency. 4 December 2024.
- ↑ Park, Jun-Hee. "SNU med profs urge Yoon's impeachment". The Korea Herald (ingilis). 6 December 2024. İstifadə tarixi: 6 December 2024.
- ↑ Lee, Wonju. "Main opposition seeks vote on Yoon impeachment motion Saturday". Yonhap News Agency. 4 December 2024. 7 December 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 December 2024.
- ↑ "[속보] 윤 대통령 탄핵안 '폐기'… 與 표결 불참 '꼼수'에 투표 불성립". 한국일보 (koreya). 2024-12-07. İstifadə tarixi: 2025-04-10.
- ↑ 이유미. "국회, 尹대통령 탄핵안 가결…헌정사 세 번째 탄핵소추(종합) | 연합뉴스". 연합뉴스 (koreya). 2024-12-14. 2024-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-04-10.
- ↑ "South Korea's parliament votes to impeach President Yoon over martial law order". ABC News (ingilis). İstifadə tarixi: 2024-12-14.