Məzmuna keç

Con Makkeyn

Vikipediya, azad ensiklopediya
Con Makkeyn
ing. John McCain
3 yanvar 1987 – 25 avqust 2018
3 yanvar 1983 – 3 yanvar 1987
3 yanvar 1983 – 3 yanvar 1987
Şəxsi məlumatlar
Doğum adı John Sidney McCain III
Doğum tarixi 29 avqust 1936(1936-08-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 25 avqust 2018(2018-08-25)[3][1][…] (81 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, donanma zabiti[d], avtobioqraf[d], qırıcı təyyarə pilotu, pilot, ssenarist, yazıçı, müəllif, televiziya aparıcısı
Dini protestantlıq, Baptizm
Hərbi xidmət
Mənsubiyyəti Amerika Birləşmiş Ştatları
Qoşun növü ABŞ hərbi donanması
Döyüşlər
Rütbəsi Birinci dərəcəli kapitan[d]
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[8]

Təltifləri Milli Qəhrəman ordeni (Gürcüstan)
"Milli müdafiəyə xidmətə görə" medalı (Amerika Birləşmiş Ştatları) Armed Forces Expeditionary Medal (Amerika Birləşmiş Ştatları) Vietnam Service Medal (Amerika Birləşmiş Ştatları) Distinguished Service Cross (Amerika Birləşmiş Ştatları) Silver Star (Amerika Birləşmiş Ştatları) Distinguished Flying Cross (Amerika Birləşmiş Ştatları) "Bürünc ulduz" medalı (Amerika Birləşmiş Ştatları) Purpur Ürək (Amerika Birləşmiş Ştatları) "Ləyaqətli xidmətə görə" medalı (Amerika Birləşmiş Ştatları) Air Medal (Amerika Birləşmiş Ştatları) Combat Action Ribbon (Amerika Birləşmiş Ştatları) Navy Unit Commendation (Amerika Birləşmiş Ştatları) Prisoner of War Medal (Amerika Birləşmiş Ştatları) "Ləyaqət legionu" ordeninin zabit dərəcəsi "Ləyaqət legionu" ordeninin legioner dərəcəsi (Amerika Birləşmiş Ştatları) Müqəddəs Georgi adına "Qələbə" ordeni (Gürcüstan) Prezidentin "Azadlıq" medalı (Amerika Birləşmiş Ştatları) — 2022 Vietnam Campaign Medal (Cənubi Vyetnam) "Fəxri Legion" ordeninin zabit dərəcəsi (Fransa) "Doğan günəş" ordeninin Böyük kordonu (Yaponiya) Order of the Cross of Terra Mariana, 1st Class (Estoniya) — 2002 Order of the Three Stars, 2nd Class (Latviya) "Azadlıq" ordeni (Ukrayna) "Ağ qartal" ordeni (Reç Pospolita) "Xidmətlərə görə" ordeninin ulduzlu komandor dərəcəsi (Polşa) National Order of Vietnam (Cənubi Vyetnam) Commander of the Order of Ouissam Alaouite (Mərakeş) Filadelfiya azadlıq mükafatı (Amerika Birləşmiş Ştatları) Ellis Island Medal of Honor (Amerika Birləşmiş Ştatları)
İmzanın şəkli
johnmccain.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

III Con Sidney Makkeyn (ing. John Sidney McCain III; 29 avqust 1936[1][2][…], Koko Solo[d]25 avqust 2018[3][1][…], Kornvill[d], Arizona[4]) – ABŞ siyasətçisi, Arizona ştatından senator, 2008-ci il ABŞ Prezident Seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizəd.

Con Makkeynin atası və babası da ABŞ Donanmasının tanınmış admiralları olmuşlar.

Con Makkeyn 1936-cı il avqustun 29-da anadan olub. Senator Makkeyn 1954-cü ildə Ali Yepiskop Məktəbini bitirib. Sonra o, atasının yolunu davam etdirərək 1958-ci ildə ABŞ Donanma Akademiyasını bitirib. C. Makkeyn Vyetnamda əsirlikdən azad ediləndən sonra onu prezident Riçard Nikson şəxsən özü qarşılayıb.

C. Makkeyn həmçinin qeyri-adi igidliklərinə görə də məşhurdur. 1967-ci il iyulun 29-da onun da yerləşdiyi təyyarəyə raket zərbəsi endirilib. Makkeyn isə təyyarənin burnu tərəfə keçərək oradan tullanıb. Sonra isə partlayış nəticəsində təyyarədə dəhşətli yanğın baş verib və 134 dənizçinin həyatına son qoyub. Amma elə həmin ildə o güllə yarası alıb və Vyetnamda Hanoy şəhərində 5 il 6 ay ərzində əsirlikdə saxlanıb. Güllə yarasından, qəzəbli kütlənin təpiklərindən, onu əsir göftürən hərbçilərin birn il sürən dəhşətli işgəncələrindən sağ çıxan C. Makkeyn 1973-cü ildə azadlığa buraxılıb.

Siyasi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Senator Makkeyn 1982-ci ildə Arizona ştatından ABŞ Senatına çeçilib və 1992, 1998 və 2004-cü illərdə seçkiləri yenidən udub. 2000-ci ildə Makkeyn ABŞ prezidentliyinə namizədliyini irəli sürüb. Amma o, respublikaçılar arasında keçirilmiş praymerizdə o vaxtlar Texas ştatının qubernatoru olan keçmiş prezident Corc Buşa məğlub olub.

Federal siyasətə qoşulmazdan öncə Makkeyn ABŞ Donanmasında fəaliyyət göstərib. O həmçinin Vyetnamda müharibə əsiri olub. Makkeyn 1981-ci ildə donanmadan fəxri veteran olaraq azad edilib.

Hazırda respublikaçılar arasında keçirilmiş çoxsaylı sorğular 2008-ci ildə C. Makkeynin praymerizi uda biləcəyini göstərir. Respublikaçıların əksəriyyəti onu 2008-ci ildə prezidentliyə namizəd görmək istəyir. Amma senatorun özü hələlik bu barədə konkret mövqeyini ortaya qoymayıb. Son günlərə təsadüf edən müsahibələrinin birində C. Makkeyn bildirib ki, o, "qəti olaraq ABŞ-nin prezidenti olmaq istəyir, amma 2008-ci ildə namizədliyini verib-verməyəcəyini hələlik dəqiqləşdirməyib".

Siyasi baxışlarına gəlincə, Makkeyn kifayət qədər ziddiyətli şəxsiyyətdir. Öz baxışlarında özünü sərbəst hiss etməsi üzündən çoxları iddia edirlər ki, onun yalnız adı respublikaçıdır, reallıqda isə fərqli birisidir.

C. Makkeyn vaxtaşırı C. Buşun ünvanına sərt ittihamlarla çıxış edib. Küveytdə keçirilmiş ziddiyyətli görüşdən sonra C. Makkeyn müdafiə naziri Donald Ramsfeldin istefasını tələb etmişdi. Buna baxmayaraq, senator Makkeyn Buş administrasiyasının Səddam Hüseyni hakimiyyətdən salmaq barədə qərarını qəti şəkildə dəstəkləyib. Makkeyn Buşun xarici siyasətini ümumən dəstəkləyən senatorlardandır, 2008-ci ilin noyabrında prezident seçkilərində Barak Obamaya məğlub olur.

Onun birinci və ikinci arvadlarının hər birindən 3 övladı var. 7-ci övladlarını isə o, öz arvadı Sindi Hensli Makkeynlə birlikdə Banqladeşdə uşaq evindən övladlığa götürüblər. Onun 4 nəvəsi var.

Qocaman senator 2017-ci ilin iyulundan bu yana Arizona ştatının Kornville şəhərində beyin xərçəngi xəstəliyindən müalicə alırdı və həmin ilin dekabrından Vaşinqtonda olmamışdır. 24 avqust 2018-ci ildə ABŞ Senatının ən məşhur və yaşlı üzvlərindən sayılan Con Makkeyn amansız xəstəliyi ilə mübarizə aparmayacağını bəyan etdi və son günlərini ailəsi ilə bərabər keçirmək istədiyini söylədi.[9] Makkeynin ailəsi hətta onun son mənzilə yola salınacağı kilsəni (Vaşinqtondakı Müqəddəs Pavel və Pyotr kilsəsi) və məzarlığı da müəyyən etmişlər. 25 avqustda Makkeynin vəfatı ailəsi tərəfindən elan edildi.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. 1 2 3 4 Bibliothèque nationale de France John McCain // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 John Mccain // GeneaStar.
  3. 1 2 Scott D. The Senate after John McCain. Vox, 2018.
  4. 1 2 After John McCain's death, motorcade underway. 2018.
  5. https://www.workwithdata.com/person/john-mccain-1936.
  6. MCCAIN, John Sidney, III: 1936 – 2018 (ing.). GPO, 1903.
  7. 1 2 Biographical Directory of the United States Congress (ing.). GPO, 1903.
  8. Çex Milli Hakimiyyət Məlumat bazası.
  9. "Dünya demokratiyasının ağsaqqalı amansız xəstəliyə təslim oldu". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-26. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)