Con Skott Harrison
Con Skott Harrison | |
---|---|
ing. John Scott Harrison | |
![]() | |
4 mart 1855 – 3 mart 1857 | |
4 mart 1853 – 3 mart 1855 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 oktyabr 1804[1] |
Doğum yeri | |
Vəfat tarixi | 25 may 1878[1] (73 yaşında) |
Vəfat yeri |
|
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Atası | Vilyam Henri Harrison |
Anası | Anna Qarrison |
Uşaqları | |
![]() |
Con Harrison (ing. John Scott Harrison; 4 oktyabr 1804[1], Vinsennes[d], İndiana – 25 may 1878[1], Şimali Bend[d]) — Amerikalı siyasətçi və fermer.
Həyatı
[redaktə | vikimətni redaktə et]1853–1857-ci illərdə Ohayo II bölgəsini ABŞ Nümayəndələr Palatasında təmsil etmişdir. Con Harrison atası və oğlu Amerika Birləşmiş Ştatları prezidenti olan yeganə şəxsdir. Belə ki, atası Vilyam Henri Harrison Amerika Birləşmiş Ştatlarının IX prezidenti olmuşdur. Vilyam Henri Harrison 1841-ci ilin 4 mart — 4 aprel tarixləri arasında vəzifədə olmuş, inaqurasiya çıxışı zaman ən uzunmüddətli nitq söylədikdən (2 saat) sonra xəstələnmişdir. Pnevmaniya və plevrit diaqnozu ilə bir aylıq uğursuz müalicə alan Henri Harrison 1841-ci ilin 4 aprel tarixində vəfat etmişdir. ABŞ-nin XXIII prezidenti Benjamin Harrisonun da atası olmuş Con Harrison oğlunun prezident seçilməsini görməmişdir. 1889–1893-cü illər aralığında vəzifəsini icra edən Benjamin Harrison prezident seçiləndə Con Harrison vəfat etmişdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Lundy D. R. John Scott Harrison // The Peerage (ing.).