Daşkənd
Daşkənd | |
---|---|
Тошкент Toshkent | |
| |
41°18′40″ şm. e. 69°16′47″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | II əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 455 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +998 71 |
Poçt indeksi | 100000 |
Nəqliyyat kodu | 01—09, (10, 30 — старые) |
Digər | |
tashkent.uz | |
![]() |
Daşkənd (özb. Toshkent, ing. Tashkent) — Özbəkistanın paytaxtı. Sahəsi 631,29 km², əhalisi 3,1 milyon nəfərdir (2024)[3]. Mərkəzi Asiyada metropoliteni olan yeganə şəhərdir.
Şəhərin su ehtiyaclarını təmin etmək üçün onun yaxınlığında süni Çarvak gölü yaradılmışdır. 2024-cu ilə olan məlumata görə şəhərin əhalisi 3 milyon 105 min nəfərdir. Şəhər 12 inzibati rayona bölünür.
Adı
[redaktə | vikimətni redaktə et]Şəhərin əsasının e.ə. V-III əsrlərdə qoyulduğu güman edilir. Qədim mənbələrdə Çaç, Şaş, Caç, Şaşkənd adlarına rast gəlinir. Çaç müasir Daşkəndin ən qədim adıdır.[4] Dillərində ç səsi olmadığına görə ərəblər onu Şaş şəklində yazmışlar.[4] Şaşkənd sonralar Daşkəndə çevrilmişdir.[4] Maraqlıdır ki, şəhərin adını Çin qaynaqları Çö-Çi, Çö-Şi, yaxud sadəcə Şi şəklində transkripsiya etmişlər ki, bu da çincə daş deməkdir.[4] Firdovsi öz "Şahnamə"sində şəhəri Çaç adlandırır. XVI əsrdən başlayaraq şəhər indiki adı ilə adlanmağa başlamışdır. "Daşkənd" sözü "daş" və türk dillərində şəhər mənasını verən "kənd" sözlərinin birləşməsindən yaranmışdır.
Tarix
[redaktə | vikimətni redaktə et]Daşkənd həmişə bölgənin əsas beynəlxalq nəqliyyat mərkəzi olub. 1917-ci il inqilabı zamanı baş vermiş vandalizmdən və 1966-cı il zəlzələsindən sonra şəhərdə mövcud olan bənzərsiz memarlıq abidələrinin çox hissəsi məhv olub. Şəhərdə daha çox sovet dövründə tikilən mədəniyyət və muzey mərkəzlərinə rast gəlmək mümkündür.
Qədim şəhərin bəzi qədim binaları şəhərin qərb hissəsində yerləşir. Maraqlı binalardan biri, XVI əsrdə inşa olunmuş Kukeldaş Mədrəsəsidir. Bu tikili Kaffali Şaş movzoleyi kimi də tanınır və ondan muzey kimi istifadə olunur. Burada yerləşən Qəst-İmam tikilisinə qeyri-müsəlmanların girişi qadağandır, digər ziyarətçilər isə bura giriş üçün əvvəlcədən icazə almalıdırlar.
Qardaş şəhərlər
[redaktə | vikimətni redaktə et]Tunis, Tunis (1961)
Hindistan, Patiala (1961)
Pakistan, Kəraçi (1961)
Liviya, Tripoli (1962)
Mərakeş, Mərakeş (1963)
Yuqoslaviya, Skopye (1963) 1993-dən
Şimali Makedoniya[5]
ABŞ, Sietl (1973)
Rusiya, Moskva
Türkiyə, Ankara (2004)
Türkiyə, İstanbul
Ukrayna, Dnipro
Ukrayna, Kiyev
Qazaxıstan, Astana
Qazaxıstan, Almatı
Latviya, Riqa[6]
ÇXR, Pekin (2008)
Almaniya, Berlin (1993)
Misir, Qahirə
Qırğızıstan, Bişkek[7][8]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ https://citypopulation.de/en/uzbekistan/admin/UZ26__toshkent_shahri/.
- ↑ Toshkentda yashovchi doimiy aholi soni 3 milliondan oshdi
- ↑ 1 2 3 4 «Türkologiya» jurnalı, (3-4), Bakı, «Elm», 2008, s. 90-96 :MAHMUD KAŞĞARİ VƏ TARİXİ ONOMASTİKA MƏSƏLƏLƏRİ Arxivləşdirilib 2021-05-11 at the Wayback Machine
- ↑ Официальное обозначение с 1993 года, используемое в ООН по настоянию Греции — Бывшая Югославская Республика Македония
- ↑ "Карамель «Лайма». Сделано в Ташкенте". 2008-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-15.
- ↑ "Города-побратимы городам Центральной Азии и Кавказа". 2013-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-15.
- ↑ Энциклопедия Ташкент 2-е издание 1984 года Редактор: С. К. Зиядуллаев Издатель: Гл. Ред. Узбекской Советской Энциклопедии
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et] Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |