Kamo Vardanyan
Kamo Vardanyan | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 mart 1966 (59 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Rütbəsi | general-leytenant |
Döyüşlər | |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() |
Kamo Vardanyan (18 mart 1966, Noraşen, Hadrut rayonu) — general-mayor. Birinci Qarabağ müharibəsi iştirakçısı, Aprel döyüşləri iştirakçısı, Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri (2021), İkinci Qarabağ müharibəsi iştirakçısı.
Həyatı
[redaktə | vikimətni redaktə et]Kamo Baxaturoviç Vardanyan 18 mart 1966-cı ildə Martuni rayonunun Noraşen kəndində anadan olub. Norşen kəndindəki orta məktəbdə oxuyub. 2006-cı ildə Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Silahlı Qüvvələrin Akademiyasını bitirib. 2019-cu ildə isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.[1]
1992-ci il fevralın 1-dən Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunda xidmət edir. 1992–2012-ci illərdə ordunun müxtəlif hərbi hissələrində taqım komandiri, taqım komandirinin müavini, tabor komandirinin müavini — qərargah rəisi, tabor komandiri, hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri, komandir müavini kimi vəzifələrdə çalışıb. 2007–2012-ci illərdə orduda alpinistlər birliyinin komandiri idi.
2012-ci il noyabrın 12-də Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu Baş Qərargah rəisinin birinci müavini təyin edilib. 6 may 2011-ci ildə ona general-mayor hərbi rütbəsi verilib.
11 sentyabr 2021-ci ildə Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri təyin olunub.
1992–1994, 2016 və 2020-ci illərdə hərbi əməliyyatlarda iştirak edib.
Ailəlidir, iki qızı, bir oğlu var.
Təltifləri
[redaktə | vikimətni redaktə et]Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun 2-ci dərəcəli "Döyüş Xaçı" ordeni, Ermənistan Respublikasının "İgidliyə görə" medalı, Ermənistan Respublikasının "Vardan Mamikonyan" ordeni ilə təltif edilmişdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Новым командующим Армией обороны Арцаха назначен Камо Варданян". verelq.am (rus). İstifadə tarixi: 20 sentyabr 2023.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 18 martda doğulanlar
- 1966-cı ildə doğulanlar
- Yaşayan insanlar
- SSRİ-də doğulanlar
- Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının məzunları
- "Vartan Mamikonyan" ordeni kavalerləri
- "İgidliyə görə" medalı ilə təltif edilənlər (Ermənistan)
- 2-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" medalı ilə təltif edilənlər (Ermənistan)
- 1-ci dərəcəli "Hərb xaçı" ordeni kavalerləri (Qarabağ)
- 2-ci dərəcəli "Hərb xaçı" ordeni kavalerləri (Qarabağ)
- Əlifba sırasına görə hərbi xadimlər
- Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları
- Aprel döyüşləri iştirakçıları
- Ermənistan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları