Məzmuna keç

Mario Varqas Lyosa

Vikipediya, azad ensiklopediya
Mario Varqas Lyosa
isp. Mario Vargas Llosa
Doğum tarixi 28 mart 1936(1936-03-28)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 aprel 2025(2025-04-13)[3][4] (89 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti romançı, dramaturq, siyasətçi, jurnalist, esseist, ədəbi tənqidçi, universitet müəllimi[d], nasir, dramaturq, filosof, publisist, yazıçı, kinorejissor
Fəaliyyət illəri 1959–2025
Mükafatları "Fəxri legion" ordeni kavaleri (Fransa) — 1985 "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi (Fransa) — 1993 Austrian Decoration for Science and Art (Avstriya) Commander of the Order of the Aztec Eagle (Meksika) — 2011 Grand Cross, Special Class of the Order of the Sun of Peru — 2001 Grand Cross of the Order of Boyacá (Kolumbiya) — 2019 "Xristofor Kolumb" ordeni (Dominikan Respublikası) Order of Vasco Núñez de Balboa (Panama) Orden de la Independencia Cultural Rubén Darío (Nikaraqua) — 2006 gold Medal of the Community of Madrid (İspaniya) — 2015 "Qabriela Mistral" ordeni (Çili)
Ədəbiyyat sahəsində Asturiya Şahzadəsi mükafatı (İspaniya) — 1986 "Migel de Servantes" mükafatı (İspaniya) — 1994
Üzvlüyü
İmza
catedravargasllosa.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xorxe Mario Pedro Varqas Lyosa, 1-ci markiz Varqas Lyosa, (isp. Jorge Mario Pedro Vargas Llosa, 1er Marqués de Vargas Llosa. 28 mart 1936[1][2][…], Arekipa[8][9]13 aprel 2025[3][4], Lima[10]) — Peru nasiri və dramaturqu, publisist, ictimai-siyasi xadimi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2010).

Mario Varqas Lyosa 1936-cı ildə anadan olmuşdur. Xorxe Mario daha dünyaya gəlmədən, valideynləri — Ernesto Varqas Maldonado və Dora Lyosa Ureta boşanmışlar və Mario 10 yaşına qədər ailəsi haqqında bilgi sahibi olmamışdır.

Orta təhsilini Boliviyada konsul işləyən babasının yanında almış, daha sonra isə hərbi məktəbi bitirmişdir.

1953-cü ildə San Markos Milli Universitetinin (Universidad Nacional Mayor de San Marcos) Ədəbiyyat və hüquq fakültəsinə qəbul olunmuşdur. Bu addımı atası tərəfindən xoş qarşılanmadığı üçün bəzi problemlər yaşamışdır. 18 yaşındaykən dayısının 31 yaşlı baldızı — Xulia Urkidi ilə evlənmişdir.

1959-cu ildə İspaniyada, Madrid Komplutense Universitetində (Universidad Complutense de Madrid) "Xavier Prado" təqaüdü ilə doktorantura oxumağa başlayır və bu universitetdən fəlsəfə və ədəbiyyat doktoru ünvanını alır. Daha sonra Parisə gedir. Parisdə Berlitz Liseyində (Escuela Berlitz) ispan dili müəllimliyi edir. Bu arada FransPres kimi agentliklərin ispan dili şöbələrində də işləyir.

1964-cü ildə Peruya qayıdır və Xulia Urkidi ilə boşanır.

1965-ci ildə Patrisiya Lyosa ilə evlənir və ondan Alvaro (1966), Qonzalo (1967) və Morgana (1974) adlı uşaqları dünyaya gəlir.

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Yosa ədəbiyyata "İnkanın qaçışı" (1952) pyesi ilə gəlmişdir. Sonradan hekayələr yazmış, ədəbi jurnallar nəşr etdirmişdir. "Şəhər və itlər" (1962), "Yaşıl ev" (1966), "Pantaleon və qonaqlar" (1973), "Xuliya xala və yazıçı" (1979) romanları, hekayələri, pyesləri, tənqidi yazıları onu bütün dünyada tanıtmışdır.

1990-cı ildə Peruda prezident seçkilərində namizəd olmuşdur, lakin Alberto Fuximoriyə uduzmuşdur.

Lyosa 2010-cu il Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Mükafatı verən İsveç Akademiyasının açıqlamasında Nobel mükafatının Lyosaya "hakimiyyət strukturunun detallı açıqlamasına və insanın mübarizəsi, üsyanı və məğlubiyyətinin kəskin təsvirinə görə" verildiyi bildirilmişdir.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]