Məzmuna keç

Vikipediya:Bilirsinizmi/19. Həftə 2025

Kofuku stansiyası.
Kofuku stansiyası.
  • Kofuku stansiyasının (şəkildə) adı yapon dilindən tərcümədə "xoşbəxtlik" mənasına gəldiyi üçün insanlar arzularını yazdıqları kağızları stansiyaya yapışdırıb xoşbəxtlik diləyirlər.
  • Eyniadlı povestə əsaslanan "Unudulmuş əcdadların kölgələri" filminin SSRİ-dən xaricdə "Alovlu atlar" adı ilə nümayiş etdirilməsi izləyicilər arasında filmin povest ilə əlaqəsi barədə çaşqınlıq yaratmışdır.
  • Kosmonavtikanın pionerlərindən olan Aleksandr Şargey SSRİ-də repressiyalardan yayınmaq üçün vəfat etmiş Yuri Kondratyukun sənədlərini mənimsəmiş və ölənə kimi bu kimlik ilə yaşamışdır.
  • Hoyya-Baçu meşəsi paranormal və fövqəltəbii hadisələrin müşahidə olunması səbəbilə "Rumıniyanın Bermud üçbucağı" adlandırılır.
  • Ukraynada XIX əsrə qədər ənənəvi kobzarların kor olmaqları tələb olunurdu.