Məzmuna keç

Vikipediya:Həftənin seçilmiş məqaləsi

Vikipediya, azad ensiklopediya

Həftənin seçilmiş məqaləsi

Bu ulduz əksər və həmçinin Azərbaycan Vikipediyasında seçilmiş statusunu bildirir
Bu ulduz əksər və həmçinin Azərbaycan Vikipediyasında seçilmiş statusunu bildirir

Ana Səhifə, seçilmiş məqalə bölməsinə malikdir. Bu bölmədə hazırda Vikipediyada oxuculara seçilmiş məqalə qismində, mükəmməl formada olan məqalələr yayımlanır.

Məqalənin ana səhifəyə çıxarılması üçün o ya seçilmiş məqalə statusunda ya da həftənin aktual mövzusuna aid olmalıdır.

Həftənin seçilmiş məqaləsi bölməsi idarəçilərdən biri tərəfindən yenilənir. Fikir ayrılığı olan halda məsələ digər idarəçilərin rəyi ilə həll edilir. İstifadəçi hər-hansı bir məqaləni namizəd bölməyə namizəd sürmək istəyirsə idarəçilərə müraciət etməlidir.

Təlimat müvəqqətidir və dəyişə bilər. Daimi təlimat səsvermə ilə qəbul edilənə qədər qüvvədədir. Hər hansı fikir ayrılığı müzakirə ilə həll edilməlidir.


Qısa keçid yönləndirmə

Fəal məzmun:

Seçilmiş məqalə alətləri:

Həmçinin bax

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2025: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 1 may 2025, Cümə axşamı (İlin 18. həftəsi); bu an saat 21:52 (UTC)
(yenilə)


Seçilmiş məqalə

Əbdürrəhim bəy Haqverdiyev — Azərbaycan yazıçısı və dramaturqu, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1929). Azərbaycan ədəbiyyatının klassiki hesab olunan Əbdürrəhim bəy Haqverdiyev Birinci Rus Dumasının Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı, "Leyli və Məcnun" operasının premyerasında ilk dirijor, Teatr Şurasının təsisçisi və birinci rəhbəri, Yazıçılar İttifaqının üzvü, "Molla Nəsrəddin" jurnalının yazarlarından biri olmuşdur.

Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu – XX əsrin əvvəllərində ədəbi-mədəni mühitin aparıcı simalarından biri olmuşdur. Mirzə Fətəli AxundzadəNəcəf bəy Vəzirovun yaradıcılıq ənənələrini davam etdirən Haqverdiyev eyni zamanda satirik və psixoloji dram janrlarında yazdığı əsərlərlə milli ədəbiyyatın inkişafına töhfə vermişdir.

Haqverdiyev öz yaradıcılığında dövrün sosial və mənəvi problemlərini əks etdirmiş, maarifçilik ideyalarının yayılmasına xidmət etmişdir. "Dağılan tifaq", "Ac həriflər", "Bəxtsiz cavan", "Pəri cadu" kimi pyeslərində milli məişət həyatının tənqidi təsviri, insan xarakterlərinin açılması və satirik dil xüsusilə ön plana çıxır. O, həmçinin klassik Şərq və Qərb ədəbiyyatından tərcümələr etmiş, dramaturgiyanın inkişafı üçün pedaqoji və publisistik fəaliyyət göstərmişdir.

(Davamı...)

Növbəti həftənin seçilmiş məqaləsi

Fayl:Buraya fayl daxil ediləcək
Məqalə adı — məqalənin təqdim xarakterli bir hissəsi bura əlavə olunacaq

(Davamı...)